XƏBƏRLƏR

ADU-nun müəllimi və tələbələri Şəhidlər xiyabanını ziyarət ediblər

27 sentyabr, 2023

Sentyabrın 27-də Azərbaycan Dillər Universitetinin (ADU)  Təhsil-1 fakültəsi nəzdində İngilis dilnin leksikologiyası və üslubiyyatı -1 kafedrasının baş müəllimi f.f.d. Nigar Bağırova 206 a qrupunun tələbələri ilə birgə 44 günlük Vətən müharibəsinin Anım günü ilə əlaqədar olaraq,  Şəhidlər xiyabanını ziyarət ediblər.

Onlar ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşmüş və qəhrəmancasına canlarını fəda etmiş şəhidlərin xatirəsini sevgi və ehtiramla yad ediblər.