XƏBƏRLƏR

ADU kollektivi Zəfər parkını ziyarət edib

27 sentyabr, 2023

Sentyabrın 27-də Azərbaycan Dillər Universitetinin kollektivi Zəfər parkını ziyarət edib.

Parkın girişində xatirə daşının önünə gül dəstələri düzülərək qürur mənbəyimiz olan qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 Sentyabr - Anım Günü kimi qeyd edilir. Bu gün xalqımız ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edir.

Şanlı tarix yazan qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirik!