XƏBƏRLƏR

ADU–nun müəllimləri və tələbələri “Avropa Dilləri Günü” tədbirində iştirak ediblər

27 sentyabr, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq kafedrasının müdiri professor Sevdagül Əliyevanın  rəhbərliyi, kafedra müəllimləri Kəmalə Qurbanova və Aygün Soltanzadə,  Tərcümə və Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültələrinin tələbələri 26 sentyabr-da Xəzər Universitetində keçirilən “Avropa Dilləri Günü” adlı tədbirdə iştirak ediblər.

 Onların pover point proqramı vasitəsi ilə hazırladıqları “ADU- da tədris olunan Avropa dillərinin tarixi və bu günü” adlı təqdimat  və həmin dillərdə məlumat Avropa ölkələrinin səfirləri, müxtəlif universitetlərdən gələn nümayəndələr və iştirakçılar tərəfindən xüsusi diqqət və rəğbətlə qarşılanıb.

Tədbirdə qonaqları Xəzər Universitetinin prorektoru Məhəmməd Nuriyev salamlayıb, Avropa Dilləri Günü münasibətilə hər kəsi təbrik edib. Avropa nümayəndəliyinin Azərbaycandakı səfiri Piter Mikalkoya bu günün qeyd olunmasının önəmini çatdırıb. “Salam” sözü şagirdlər tərəfindən bütün Avropa dillərində səsləndirilib.

Tədbirdə müxtəlif ölkələrin nümayəndələri tərəfindən tələbələr üçün viktorinalar təşkil edilib, fəallıq göstərən ADU-nun iki tələbəsi mükafatlandırılıb. Bildirilib ki, ADU-nun tələbələrinin təqdimatı maraqla qarşılanıb.

Regionşünaslıq kafedrasının müəllimləri Kəmalə Qurbanova və  Aygün Soltanzadə tərəfindən pover point proqramı vasitəsi ilə ingilis dilində hazırlanmış “ADU- da tədris olunan Avropa dillərinin tarixi və bu günü” adlı təqdimatında ADU-nun yaranması, müxtəlif dillərin və mərkəzlərin yaranması haqqında slaydlar vasitəsi ilə diqqətə çatdırılıb.

Təqdimatı Tərcümə fakültəsinin tələbələri: Fidan Süleymanlı fransız dilində, Davud Axundov alman dilində, Səid Zülfü ispan dilində, Sevinc Məhərrəmova italyan dilində, Regionşünaslıq fakültəsinin tələbələri: Şəms Qasımlı rumın dilində, Leyla Ağayeva isə norveç dilində  davam etdirilib.

Tədbirin sonunda müxtəlif ölkələr tərəfindən kitabların sərgisi və paylanması keçirilib.