ADU-nun tələbələri üçün ustad dərsi keçiriləcək

Rusiya Təhsil Nazirliyinin dəstəyi ilə ADU və Çeçenistan dövlət pedaqoji universiteti arasındakı razılaşma əsasında Təhsil 1 fakültəsi Pedaqogika kafedrası nəzdində yaradılmış Açıq təhsil mərkəzinin fəaliyyəti çərçivəsində 29 sentyabrdan 2 oktyabradək iki təhsil kursunun reallaşdırılması və tələbələr üçün ustad dərsinin keçirilməsi planlaşdırılır.
“Mənəvi təhlükəsizlik kontekstində mədəni kodlar” təhsil kursunun məqsədi mənəvi təhlükəsizliyin təmin olunması kontekstində dinləyicilərdə səmərəli ünsiyyət və mədəni əməkdaşlıq bacarıqlarının, həmçinin insanın mədəni və mənəvi təkrarsızlığının dərindən anlaşılmasının formalaşdırılmasıdır. Mühazirəçi – fəlsəfə elmləri doktoru, professor M.M.Betelmerzayeva ilə qarşılıqlı fəaliyyət və kursun mövzuları üzərində müstəqil iş dinləyicilərə fərqli baxışlara münasibətdə konstruktiv dialoq və tolerant yanaşma vasitələrinə, öz mövqeyini formalaşdırmaq və korrektə etmək, eləcə də multikultural kommunikativ məkanda qarşılıqlı fəaliyyətin müxtəlif mədəni və sosial perspektivlərini anlamaq və ünsiyyət bacarıqlarına yiyələnmək imkanı yaradacaq.
“Stress və stressədavamlı davranış psixologiyası” kursunun öyrənilməsinin təhsil nəticələri kimi dinləyicilərin stressin öyrənilməsinə əsas yanaşmaları öyrənmələri, neqativ vəziyyətlərin diaqnostikası metodikası ilə və stress pozuntularını aradan qaldırma üsulları ilə tanışlıqları planlaşdırılır. Psixologiya elmləri namizədi, dosent M.Z.Qaziyevanın rəbərliyi ilə dinləyicilər stress səviyyəsinin optimallaşdırılması metodları, stressin neytrallaşdırılmasının ənənəvi və yeni informasiya üsulları ilə tanış olacaqlar.
ÇDPU “Ekoversitet” Produktiv təhsil mərkəzinin müdiri A.V.Hacımuradovanın “Fasilitator - məsləhətçi pedaqoqun yeni identikliyidir” ustad dərsi gələcək müəllimlərin peşə kompetensiyalarının formalaşdırılması məqsədini qoyur. Diqqət mərkəzində “fasilitasiya”, “fasilitator” “fasilitasiya görüşü” anlayışları olacaq. Mühazirəçi dinləyiciləri fasilitasiyalı yanaşmanın mahiyyəti, fasilitasiyanın priyom və metodları ilə, eləcə də konkret pedaqoji məsələlərin həlli zamanı fasilitasiya təcrübələrinin tətbiqi metodikası ilə tanış edəcək.
Kurslara qeydiyyat aşağıdakı linklərlə aparılacaq:
1. “Mənəvi təhlükəsizlik kontekstində mədəni kodlar” https://docs.google.com/forms/d/1V8KW0Ec3Cs7nwvvthrqYipTHLT-k2PI-Psz3hD6UwKg/edit#settings
2. “Stress və stressədavamlı davranış psixologiyası”
https://docs.google.com/forms/d/1kTed20TZhZZXJAQ5Ri1-CvbVGNeExiR3__cDaBSYlc4/edit