XƏBƏRLƏR

ADU-da “Heydər Əliyev və əsrin müqaviləsi” adlı dəyirmi masa keçirilib

26 sentyabr, 2023

  Sentyabrın 22-də Azərbaycan Dillər Universitetində (ADU) Təhsil 2 fakültəsi nəzdində Psixologiya kafedrası tərəfindən “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev və Əsrin müqaviləsi” adlı dəyirmi masa keçirilib.

Dəyirmi masada  rektorun məsləhətçisi Anar  Osmanlı, Təhsil 2 fakültəsinin dekanı dos.Salman Nuriyev, kafedra müdirləri, Psixologiya kafedrasının əməkdaşları və Təhsil 2 fakültəsinin tələbələri iştirak ediblər.

 Adıçəkilən kafedranın müdiri Şəlalə Babayeva “Əsrin müqaviləsi”nin ölkəmizin daxili və xarici inkişafına müsbət təsirindən danışıb.  Təhsil 2 fakültəsinin dekanı dos. Salman Nuriyev Heydər Əliyevin Azərbaycanın inkişafı naminə neftlə bağlı apardığı siyasətdən bəhs edib. Kafedranın dosenti Ceyhun Alıyev çıxışında “Əsrin müqaviləsi” Azərbaycanın inkişaf strategiyasının təməlini təşkil edən müqavilə olduğunu və ölkəmizə xarici sərmayənin gətirilməsini təmin etdiyini qeyd edib. ADU-nun Həmkarlar İttifaqının sədri prof. Misgər Məmmədov Heydər Əliyevlə bağlı müəllifi olduğu məqalədən söz açıb. Dəyirmi masada Təhsil 2 fakültəsinin 132-ci qrup tələbələri də mövzu ilə bağlı fikirlərini bölüşüblər.

 Sonda rektorun məsləhətçisi Anar Osmanlı çıxış edərək tədbirin böyük əhəmiyyətə malik olduğunu bildirib.