XƏBƏRLƏR

ADU-nun təşkilatçılığı ilə yerli və xarici tələbələr üçün yay məktəbi keçirilib

15 sentyabr, 2023

1-13 sentyabr tarixlərində Azərbaycan Dillər Universitetinin təşkilatçılığı və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) tərəfdaşlığı ilə “Go East” layihəsi çərçivəsində "Sirli Azərbaycan - Şərq və Qərb arasında körpü" mövzusunda yay məktəbi təşkil olunub.

 Üçüncü dəfə təşkil olunan yay məktəbində Almaniyanın müxtəlif universitetlərindən fərqli ixtisaslarda 12 alman, eyni zamanda ADU və digər universitetlərdən 12 tələbə iştirak edib.

Yay məktəbinin önəmli məqsədi Almaniya və Azərbaycan tələbələri arasında ünsiyyət və mübadilənin təşkili olub. Hər iki ölkədən olan tələbələr tandem qruplar şəklində Azərbaycan və Almaniya ilə bağlı müxtəlif mövzulara toxunaraq təqdimat hazırlayıblar. Həmçinin əcnəbi tələbələrə Azərbaycan dili kursu da təşkil olunub.

Bildirilir ki, proqramda Azərbaycanın tarixi, dili, mədəniyyəti, Qafqazda alman izləri mövzularına dair ekspert məruzələri və seminarlar da yer alıb. Bakıda İçərişəhər, Qobustan, palçıq vulkanları, Atəşgah, Yanardağ, Quba və Xınalığa gəzintilər zamanı tələbələrimiz ölkə haqqında biliklərini daha da genişləndiriblər. Bəzi muzeylərdə bələdçilik isə tələbələrimiz tərəfindən həyata keçirilib.

Yay məktəbi zamanı alman qonaqlara hörmət olaraq, yerli tələbələr tərəfindən hər iki ölkənin milli yeməkləri hazırlanıb.

Tələbələr ADU-nun rektoru akademik Kamal Abdullaya layihəni həyata keçirmək üçün yaratdığı hər cür şəraitə, Alman Akademik Mübadilə Xidmətinə (DAAD) və Almaniyanın Azərbaycandakı səfirinin müavini cənab Heiko Schwarza göstərdiklərə dəstəyə görə minnətdlığını bildiriblər.