XƏBƏRLƏR

ADU-nun tələbəsi "Gənc Frankofonlar Festivalı"nda iştirak edib

14 sentyabr, 2023

Azərbaycan Dillər Universiteti Tərcümə fakültəsinin 3-cü kurs tələbəsi Fidan Süleymanlı Frankofoniya Universitet Agentliyi (AUF) tərəfindən təşkil olunan "Gənc Frankofonlar Festivalı"nda ölkəni təmsil edib.

Adıçəkilən festival sentyabr ayının 4-dən 8-dək Monteneqronun Podqoritsa şəhərində keçirilib.

Qeyd edək ki, bu il 10-cu yubileyini qeyd edən festival, Şərqi Avropanın bütün yaradıcı, kreativ, təşəbbüskar və gələcəyə böyük ümidlə baxan fransız dilli tələbələrini bir araya toplayıb, mədəniyyətlərarası dialoq üçün geniş imkan yaradıb. 5 gün ərzində 57 ölkədən gələn 77 nəfər tələbə FUA-nın (AUF) təşkil etdiyi təlim və tədbirlərdə iştirak edərək, sonda hədiyyə və sertifikatlarla təltif olunublar.

Tələbəmiz Fidan Süleymanlı bütün tədbirlərdə fəallıq göstərib, ölkəmizi layiqincə təmsil edib. Festival çərçivəsində nəzərdə tutulmuş “Mədəniyyətlər gecəsi” adlı tədbirdə o, ölkəmizin tarixi, adət-ənənələri və mədəniyyəti, universitetimiz, həmçinin burada fəaliyyət göstərən Frankofoniya Mərkəzi (CRU-Centre de Réussite Universitaire) haqqında təqdimatla çıxış edib.

Tələbəmizlə fəxr edir, yeni-yeni uğurlar arzulayırıq!