XƏBƏRLƏR

Universitetə qeydiyyat üçün tələb olunan sənədlər

04 sentyabr, 2023

Azərbaycan Dillər Universitetinə qəbul olmuş bütün abituriyentləri təbrik edir, onlara təhsil pillələrində uğurlar arzu edirik!

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin təlimatına əsasən, 2023/2024-cü tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlər 5 sentyabr saat 11:00-dan 14 sentyabr 18:00-dək http://portal.edu.az portalında qeydiyyatdan keçməli və tələb olunan sənədlərin elektron versiyasını sistemə yükləməlidir.

 

Qəbul təsdiqləndikdən sonra, Universitetin qeydiyyat üçün tələb etdiyi sənədlər bunlardır: 

 

Şəxsiyyəti təsdiq edən sənəd (surəti) ;

 

Tam orta təhsilini başa vurması haqqında sənəd (attestatın əsli), (subbakalavrlar üçün diplomun əsli)

 

Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənəd, ağ bilet (oğlanlar üçün);

 

Sağlamlıq haqqında tibbi arayış;

 

3/4 ölçüdə fotoşəkil;

 

Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli əsaslarla qəbul olanlar üçün);

 

Təhsil haqqından azad olanların müvafiq sənədləri (vəsiqələri).

 

Tərcümeyi-hal 

 

DİQQƏT

http://portal.edu.az – da qeydiyyat etməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir.

Tələbə kreditinə müraciət edənlərin diqqətinə:

Standart kreditə müraciət etdikdə illik təhsil haqqının 20 faizi mütləq ödənilməlidir(tələbə tərəfindən), daha sonra kreditə müraciət edə bilərsiniz, əks halda sizin müraciətiniz qəbul olunmayacaq.

QEYD

Qeydiyyatla bağlı problem yaranarsa, ADU Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərsiniz.

Tel: 012 441 22 78

İmtiyazlarla bağlı:

Baş hüquqşünas

Tel: 012 440 15 18