XƏBƏRLƏR

ADU-nun məzunu “2022-2026 Dövlət Proqramı”nın qalibi olub

25 avqust, 2023

Azərbaycan Dillər Universitetinin SABAH qrupları "İngilis dili müəllimliyi" ixtisası üzrə məzunu "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı"nın qalibi olub.

ADU-nun "İngilis dili müəllimliyi" ixtisasını 2022-ci ildə fərqlənmə ilə bitirən Nigar Fətəlova  proqram çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının "University of Bristol" ali təhsil müəssisəsində "Nevrologiya və təhsil" ("MSc. Neuroscience and education") ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirəcək.

Nigar Fətəlova dünya reytinqində Top 100-də yerləşən bir sıra universitetlərdən qəbul alsa da, onun seçimi Bristol Universiteti ("University of Bristol") olub.
Təbrik edir və yeni-yeni uğurlar arzu edirik!