XƏBƏRLƏR

HEYDƏR ƏLİYEV VƏ TÜRK DÜNYASI

23 avqust, 2023

Hörmətli həmkarlar!

Sizi 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Heydər Əliyev İli çərçivəsində 13-14 Oktyabr 2023-cü il tarixində Qars müqaviləsinin ildönümü və Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü ildönümü ərəfəsində “HEYDƏR ƏLİYEV VƏ TÜRK DÜNYASI” adlı multidisiplinar beynəlxalq elmi konfransda iştirak etməyə dəvət edirik.

Təşkilatçılar: Qars Kafkas Universiteti, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu, Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsi, Əskişəhər Azərbaycanlılar Dərnəyi, Dünya Azərbaycanlıları Formu, İsveç Azərbaycanlılar Dərnəyi, Hollandiya Azərbaycan Evi, APDU Quba Filialı, ADPU Şəki Filialı, Naxçıvan Dövlət Universiteti, Özbəksitan Andijan Universiteti, “Naxçıvan” Universiteti, İğdır Azərbaycan Evi

Konfransın keçirilmə tarixi:    13-14 oktyabr 2023 Məqalələrin son qəbul tarixi:    2 sentyabr 2023
Konfransın keçirilmə tarixində dəyişiklik olarsa, öncədən xəbər veriləcəkdir.

Konfransın işçi dilləri: Türkcə (Azərbaycan, Türkiyə, Qazax, Qırğız, Özbək, Türkmənistan Türkcəsi), rus və ingilis dilləri. (Hakimlər qərar verdiyi təqdirdə, digər dillərdə yazılan məqalələr də qəbul edilir.) Konfransın aparılma forması: onlayn (ZOOM platform) və üz-üzə.
Konfransın keçirilmə yeri: Qars (Türkiyə)
Konfransda üz-üzə iştirak edənlərin yol və qonaqlama xərcləri haqqında daha sonra məlumat veriləcəkdir.

Konfrans ödənişlidir.

Konfrans elmin bütün sahələrini əhatə edir. Buraya daxildir:
Riyaziyyat-mexanika elmləri; Fizika və astronomiya elmləri; Kimya və biologiya; Texnika elmləri; Tibb, Biokimya və əczaçılıq elmləri; Yer elmləri və Coğrafiya; Aqrar Elmlər; Hərbi elmlər; Torpaqşünaslıq və Ekologiya; Tarix və antropologiya elmləri; Hüquq elmləri; Siyasi elmlər; Pedaqoji elmlər; Psixologiya elmləri; İqtisadi elmlər; Fəlsəfə elmləri; Muzeyşünaslıq; Kitabxanaşünaslıq və biblioqrafiya; Sənətşünaslıq (Teatrşünaslıq; Kinoşünaslıq; Təsviri incəsənətin tarixi və nəzəriyyəsi və s.); Beynəlxalq münasibətlər; Filologiya elmləri; Kulturologiya; Jurnalistika; Fiziki tərbiyə və idman təlimi nəzəriyyəsi; Kurortologiya və fizioterapiya və s.

Yazı qaydaları ilə elger-etm.com saytında tanış ola bilərsiniz.
Məqalələri diqqətlə gözdən keçirdikdən sonra [email protected] ünvanına göndərin.
Yazı qaydalarına uyğun olmayan məqalələr qəbul edilməyəcəkdir. Məqalələrdə sonradan düzəliş tələb edilməsinə icazə verilməyəcəkdir. Müraciət formunu doldurmadan öncə şərtlərlə tanış olun.
Məqalənizi göndərməzdən əvvəl sənədlərinizi təqdim edəcəyəniz müxtəlif qurumlardan şərtləri dəqiqləşdirməyi unutmayın.
 
Məqalələr elmi heyət tərəfindən qəbul olunduğu zaman müəlliflər üçün qurulan whatsap qrupundan (+90 531 089 45 15; +90 551 962 30 86) konfransla bağlı ərtaflı məlumat veriləcəkdir. Ödəniş yalnız məqalənin elmi heyət tərəfindən çapa qəbul edilməsindən sonra həyata keçirilir.

Ətraflı məlumat üçün təşkilat komitəsinə müraciət edə bilərsiniz:
Sayt: elger-etm.com
E-mail: [email protected], [email protected]
Tel: +90 531 089 45 15 (WhatsApp); +90 551 962 30 86 (WhatsApp).
Youtube linkimiz: https://www.youtube.com/@elger-beynlxalqelm-tdrismr7480/featured

MÜRACİƏT FORMASI

https://elger-etm.com/konfranslar/elanlar-konfrans/130-konfrans-muracet-formas-sempozyum- basvuru-formu.html

Konfransın adı:    
Müəllif / müəlliflərin s.a.a (tam):    
Status (elmi dərəcə, elmi ad, vəzifə; doktorant, aspirant,
magistrant, tələbə):    
İş (təhsil) yeri:    
Əlaqə telefonu (whatsap):    
E-mail:    
Məqalənin adı:    
İxtisas sahəsi:    
Pdf (elektron) jurnal tələbi    Var/yox
Nəşriyyatda çap olunmuş jurnal tələbi    Var/yox
Xidmətlər    Qiymətlər
Məqalənin elektron nəşri üçün (min. 3 səhifə - maks. 6 səhifə)    Tək müəllifli məqalə: 50 AZN
    İki müəllifli məqalə:    80 AZN
    Üç müəllifli məqalə    100 AZN
Müəlliflərin sayı üçdən artıq olduqda hər müəllifə görə 10 AZN əlavə ödəniş edilir.
Elektron jurnalın sayta yüklənməsi və ya müəllifin e-mail
adresinə göndərilməsi    Pulsuz
Jurnalın    Academia.edu    və    GoogleScholar’a
yerləşdirilməsi    Pulsuz
Sertifikat və ya diplom (PDF) - sayta yüklənməsi və ya
müəllifin e-mail adresinə göndərilməsi    Pulsuz
Konfrans proqramı    Pulsuz

İŞTİRAK ŞƏRTLƏRİ
Konfrans üçün:
•    Ərizə və məqalənizi bir məktubda [email protected] ünvanına göndərin. Ərizə və məqalənin tərtibi (nümunə):
1)    Səmədova Nərgiz, ərizə, KONF (Konfransın adı)
2)    Səmədova Nərgiz, məqalə, KONF (Konfransın adı)
 
•    Əlaqə üçün telefon nömrənizi yazmağı unutmayın.
•    Məqaləniz çapa qəbul edildikdə siz watsap qrupuna daxil ediləcəksiniz.
•    Ödənişi edin (watsap qrupunda bankın rekviziti veriləcək.)
•    Bütün məlumatlar whatsap qrupundan veriləcəyi üçün jurnal nəşr olunana qədər whatsap qrupundan ayrılmamağınız məsləhət görülür.

MATERİALA OLAN TƏLƏBLƏR
Mətnin formatı: Microsoft Word (*.doc, *.docx) Səhifənin formatı: А4 (210x297 мм); Oriyentasiya: kitab;
Sahələr (yuxarı, aşağı, sol, sağ): 2,5 см; Çap: Times New Roman, ölçü (keql) – 12; Sətirarası interval: 1,5;
Paraqraf abzası: 1.25 Məqalənin həcmi: 5-6 səh. Mətnin orijinallığı: ən azı 70 %
MƏQALƏNİN TƏRTİBATI
    Məqalənin adı (böyük hərflərlə, qalın şriftlə, ortada);
Bir sətir aralı:
    Müəllifin s.a.a (tam) (kiçik hərflər, qalın şriftlə, ortada);
    Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflər, ortada). - Sadəcə bir qurumun adı yazılacaq.
    İş (təhsil) yeri (kiçik hərflər, ortada);
    E-mail (kiçik hərflər, ortada);
    Orcid id kodu (kiçik hərflər, ortada); - orcid.org saytından alınacaq. Bir sətir aralı:
    Abstract (100-150 söz). Sadəcə ingiliscə xülasə tələb edilir.
    Key words (6-7 söz);
Bir sətir aralı:
    Məqalənin əsas mətni bir sətirdən sonra verilir;
    Ədəbiyyat siyahısı: məqalənin sonunda “Ədəbiyyat" adı ilə verilir və əlifba sırası ilə tərtib edilir. Mətndə ədəbiyyata istinadlar aşağıdakı qaydada göstərilir: (Cavid, 2005: s. 98).
MƏQALƏNİN TƏRTİB FORMASI
(nümunə):
MƏQALƏNİN ADI
Səmədova Nərgiz Paşa qızı
Filologiya üzrə fəlsəfə doktoru, dosent Bakı Dövlət Universiteti, Azərbaycan [email protected]
Orcid id: 0000-0002-1783-7316
Abstract: text, text, text, text, text;
Key words: text, text, text, text, text.

Məqalənin mətni. Məqalənin mətni (Rəhimli, 2009: 29). Məqalənin mətni (Gözütok, 2011: 49).
Məqalənin mətni. Məqalənin mətni. Məqalənin mətni. Məqalənin mətni. (Cavid, 2005: 123).
Ədəbiyyat
 
1.    Cavid, H. (2005). Seçilmiş əsərləri: 5 cilddə. III c. – Bakı: Lider nəşriyyatı. – 304 s.
2.    Gözütok, T. (2011). Eşkiyalık ve Çakırcalı Mehmet Efenin türk edebiyyatına iz düşümü // Türkbilig. № 21. – S. 49-72.
3.    Rəhimli, T. (2009). Ədəbiyyat və tənqidin yaradıcılıq problemləri. – Bakı: Avropa. – 252 s.