XƏBƏRLƏR

ADU-nun məzunu “2022-2026 Dövlət Proqramı”nın qalibi olub

23 avqust, 2023

Azərbaycan Dillər Universitetinin SABAH qrupları "İngilis dili müəllimliyi" ixtisası üzrə daha bir məzunu Xaricdə Təhsil üzrə “2022-2026 Dövlət Proqramı”nın qalibi olub.

ADU-nun "İngilis dili müəllimliyi" ixtisasını 2021-ci ildə fərqlənmə ilə bitirən Nərmin Quliyeva “2022–2026 Dövlət Proqramı” çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “King's College London”  ali təhsil müəssisəsində  "Təhsilin idarəolunması" ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirəcək.

Təbrik edir və yeni-yeni uğurlar arzu edirik!