XƏBƏRLƏR

ADU-nun müəllimi beynəlxalq konfransda iştirak edib

22 avqust, 2023

14-17 avqust tarixlərində Azərbaycan Dillər Universiteti (ADU) Tərcümə fakültəsinin  Xarici dillər kafedrasının baş müəllimi, həmçinin “Azərbaycanda Alman Dilini Tədris Edən Müəllimlər" İctimai Birliyinin sədri Lətifə Qurbanova  İsveçrənin Sürix və Winterthur şəhərlərində keçirilən Beynəlxalq Alman dili müəllimlərinin növbəti konfransında iştirak edib.

Dünyanın 90 - dan çox ölkəsindən 130 nəfərin iştirak etdiyi konfrans alman dilinin tədrisində və öyrənilməsində insan və süni intellekt amilinə,  onların qarşılıqlı münasibətinə və bir- birinə təsirinə həsr olunub.

Həmin konfransda Lətifə Qurbanova   "Azərbaycanda Alman dilinin tədrisi" mövzu ilə çıxış edib.

Konfrans ərzində çıxışlarla yanaşı, “Xarici dil dərslərində süni intellektdən istifadə”, “Xarici dillərin gələcəyi və gələcəyin xarici dilləri” mövzularında müzakirələr də aparılıb.