XƏBƏRLƏR

ADU-nun məzunu Hökumətlərarası Təqaüd Proqramının qalibi olub

18 avqust, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil 1 fakültəsini fərqlənmə diplomu ilə bitirən məzunu Aytən Oruclu (401A) təhsilinin magistratura pilləsini Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Macarıstanın ELTE universitetində "Təhsil elmləri” ixtisası üzrə davam etdirəcək.

Bundan əlavə, Aytən Oruclu Azərbaycan Diplomatik Akademiyasına, İtaliyanın Sapienza Universitetinə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şeffild Universitetinə, Exeter Universitetinə, Macarıstanda Szeged universitetinə də qəbul olsa da, onun seçimi Macarıstanın ELTE universiteti olub.