XƏBƏRLƏR

ADU-nun rektoru Xaricdə təhsil almaq hüququ qazanmış məzunlarla görüşüb

17 avqust, 2023

Avqustun 17-də ADU-nun rektoru, akademik Kamal Abdulla universitetin “2022-2026-cı illər üzrə Dövlət Proqramı” və “Hökumətlərarası Təqaüd Proqramları” ( HTP) çərçivəsində 2023-2024-ci tədris ilində xaricdə təhsil almaq hüququ qazanmış bir qrup məzunu ilə görüşüb.

 Rektor tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb, həmçinin Azərbaycan gənclərinin xaricdə təhsil almasının əhəmiyyətinə toxunub:

“Hər birinizi 2023-2024-ci tədris ilində xaricdə təhsil almaq hüququ qazanmağınız münasibəti ilə təbrik edir, təhsilinizdə uğurlar arzulayıram. Təhsil aldığınız ölkələrdə oranın vətəndaşları ilə daim sıx əlaqədə olun, dostluq edin. Bu sizin dil inkişafınızda böyük rol oynayacaq, eyni zamanda Azərbaycan həqiqətlərini xaricilərə çatdırmağa da kömək olacaq.”

Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dossent Jalə Qəribova, Ümumi işlər üzrə prorektoru Vüqar Mehrabovun da iştirak etdiyi görüşün sonunda tələbələr öz fikirlərini bölüşüb, onları maraqlandıran suallarla bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, onlar hər iki proqram çərçivəsində 2023-2024 ci tədris ili üzrə Macarıstanda, Böyük Britaniyada və digər ölkələrdə təhsil almaq hüququ qazanıb.