XƏBƏRLƏR

İSBA Almaniya Kooperativ Təhsil Universitetində Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

11 avqust, 2023

Avqustun 3-də Almaniyanın Frayburq şəhərində yerləşən İSBA Almaniya Kooperativ Təhsil Universitetində  Azərbaycan Dillər Univesitetinin Xarici dillər kafedrasının müdiri, dosent Aida Sobor və Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dosentləri- Qönçə Əbdülrəhimova və Günay Müslümova, İngilis dilinin leksikologiyasi və üslubiyyati kafedrasin dosenti Samira Məmmədovanın təşkilatçılığı ilə, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Həmin tədbirdə İSBA Almaniya Kooperativ Təhsil Universitetinin rektoru, professor, doktor Regina Schwab,  rektorun köməkçisi Dirk Burghardt və tələbələr də iştirak ediblər.