XƏBƏRLƏR

ADU-nun məzunları magistr pilləsi üzrə təhsilini Dünya universitetlərində davam etdirəcəklər

07 avqust, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil 2 fakültəsinin cari ildə bakalavr səviyyəsini bitirmiş məzunları Dünya universitetlərinə magistr pilləsi üzrə qəbul olublar.

Onlar Dünya universitetlərində magistratura pilləsi üzrə təhsillərini davam etdirəcəklər. Həmin məzunlar bunlardır:

Nilufər Məmmədli (415A) Macarıstanın  Eötvös Lorand Universiteti-  Təhsil və Psixologiya fakültəsi.

Türkan  Qurbanova (416B)  Dünya reytingində 76-cı yerdə (27 iyun 2023) Qlazqo Universiteti (Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı).

Əsmər Kərimli  (417A) Dünya reytingində 153-cü yerdə ( 27 iyun 2023)  Exeter Universiteti- Xüsusi təhsil ehtiyacları üzrə magistr dərəcəsi.

 

Təbrik edir və yeni-yeni uğurlar arzulayırıq!