XƏBƏRLƏR

ADU-nun tələbələri Şuşa Qlobal Forumunda könüllü olaraq iştirak ediblər

27 iyul, 2023

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148 - ci ildönümü münasibətilə təşkil edilən “ IV  Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumu yekunlaşıb.

Üç gün davam edən forumda yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertler iştirak ediblər.

Forumda Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika fakültəsinin tələbələri - Elvina Qasımova (443A), Fidan Məmmədova (345A), Leyla Abbasova (345A), Fatimə Bağırova (345A), Firuzə Məlikzadə (444A), Selcan Beybutova (443B), magistr Anar Əhmədli aktiv könüllü olaraq iştirak ediblər. Forum ərzində “Medianın gələcəyi: Rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və medianın rolu”, “ Təhlükəsizlik məsələləri “ adlı sessiyalar keçirilib, iştirakçılar və çıxışçılar arasında interaktiv müzakirələr aparılıb.

Formun sonunda isə Prezidentin köməkçisi – Hikmət Hacıyev media nümayəndələri və könüllü tələbələrlə görüş keçirib. Onlara özünün və Prezidentin xüsusi təşəkkürünü çatdırıb. O, vurğulayıb ki, “Media sahəsində könüllü olmağın ayrıca bir məsuliyyəti, özəlliyi vardır”.

Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.