XƏBƏRLƏR

Alman dili üzrə qəbul imtahanında uğur qazanan tələbələrə sertifikat təqdim olunub

25 iyul, 2023

Azərbaycan Dillər Universiteti ilə Almaniyanın İSBA Kooperativ Təhsil Universiteti arasında bağlanmış ikitərəfli müqaviləyə əsasən, qəbul imtahanları keçirilib.

İmtahanlar proqramın koordinatorları – ADU-nun Xarici dillər kafedrasının müdiri, dosent Aida Sobor və Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dosenti Qönçə Əbdülrəhimovanın nəzarəti altında təşkil olunub.

İmtahanlarda uğur qazanan tələbələr İSBA Kooperativ Təhsil Universitetinə qəbul olunublar. Onlar təhsillərini Almaniyada davam etdirəcək, eyni zamanda işlə təmin olunacaqlar.

Elmi Şuranın iclasında tələbələrə ADU-nun rektoru, akademik Kamal Abdulla tərəfindən sertifikatlar təqdim olunub.

Uğur qazanan tələbələri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar diləyirik.