XƏBƏRLƏR

Fransız dilinin fonetikası və qrammatikası kafedrası görüş keçirib

20 iyul, 2023

15.07.2023-cü il tarixində Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Fransız dilinin fonetikası və qrammatikası kafedrasının təşkilatçılığı ilə görüş keçirilib.

Görüşdə Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, professor əvəzi Ülfət İbrahim karyera imkanları, müxtəlif müəssisələrdə çalışan, eləcə də təcrübə keçən məzun və tələbələrimizin təkmilləşdirilməsi istiqamətində görülən işlərin hansı meyarlar əsasında təşkil edildiyini və onların vacibliyini vurğuladı.

Daha sonra söz dəvət olunmuş qonaq “Azedu.az” təhsil portalının baş redaktoru Ayyət Abdullayevə  verildi.        

Sonda kafedra əməkdaşları ilə birgə tələbələrin zəif tərəfləri, tədris planlarının əmək bazarına uyğun daha da təkmilləşdirilməsi istiqamətində irad və təkliflər müzakirə olundu.