XƏBƏRLƏR

Magistraturaya qəbul olan bakalavrların qeydiyyat prosesi

20 iyul, 2023

2023-cü il 21 iyul saat 11:00-dan 31 iyul saat 18:00-dək aparılacaq.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qeydiyyat üzrə e-müraciət sisteminin təlimatını qeyd olunan linkdən əldə edə bilərsiniz:
http://www.portal.edu.az

Bunun üçün platformada qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsil alan qeydiyyatı" xidmətini seçmək lazımdır.

- Şəxsiyyəti təsdiq edən sənəd;
- Bakalavr təhsilini başa vurduğunu təsdiq edən sənəd (diplom və ya diplom əvəzi arayış);
- Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənəd;
- 3/4 sm ölçüdə rəngli fotoşəkil
-sağlamlıq haqqında tibbi arayış
- Ödənişli əsaslarla qəbul olunanlar üçün təhsil haqqının ödənilməsi haqqında qəbz;
- Təhsil haqqından azad olunma hüququna malik olanların müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqi;
-Əlavə sənədlər bölməsində bakalavrda keçdiyiniz

II XARİCİ DİLİNİZİ qeyd edin.

Qeyd 1: Qeyd olunan sənədləri scan edilmiş formada portala yerləşdirməyiniz lazımdır.
www.portal.edu.az saytında qeydiyyatınız tamamlandıqda qəbul olunduğunuzla bağlı təsdiq məlumatını aldıqdan sonra aşağıda qeyd olunan sənədləri təhvil verməyiniz tələb olunur:

- Şəxsiyyəti təsdiq edən sənədin surəti - 4 ədəd
- Bakalavr təhsilini başa vurduğunu təsdiq edən sənəd (diplom və ya diplom əvəzi arayış)- 1ədəd
- Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənədin surəti -1 ədəd
- 3/4 sm ölçüdə rəngli fotoşəkil-6 ədəd
-sağlamlıq haqqında tibbi arayış
- Ödənişli əsaslarla qəbul olunanlar üçün təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti-1 ədəd
- Təhsil haqqından azad olunma hüququna malik olanların müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqi olan sənədlərin surəti -1 ədəd

Sənədləri ipli qovluqda (ipli qovluğun üzərində mütləq ad,soyad, ata adı və əlaqə nömrəsi qeyd edilsin) ADU-nun Əsas binasında (R.Behbudov küç.134) yerləşən Magistratura şöbəsinə (IV mərtəbə 430-cu otaq) 15.08.2023 tarixinədək həftə içi (I-V günlər) saat 09:00-dan 13:00-a qədər təhvil verməyiniz tələb olunur.

Hər birinizə dərslərinizdə uğurlar arzu edirik!

Əlavə suallarınız yaranarsa aşağıda qeyd edilən mail ünvanına müraciət edə bilərsiniz:
[email protected]