XƏBƏRLƏR

ADU-da Daxili Keyfiyyət Təminatı Komissiyasının ilk iclası keçirilib

19 iyul, 2023

ADU-da Daxili Keyfiyyət Təminatı Komissiyasının ilk iclası keçirilib. Akademik Kamal Abdullanın əmri ilə yaradılmış komissiyanın məqsədi ADU-nun keyfiyyət təminatı mexanizmini təkmilləşdirmək, universitetdaxili strukturların daha məqsədyönlü və səmərəli fəaliyyətinə dair təhlil və qiymətləndirməni araşdırmaq, Akkreditasiya prosesinə hazırlığı təmin etmək, Strateji inkişaf planının icrası vəziyyətini monitorinq etməkdir. 

Komissiyanın sədri professor Novruz Məmmədov məzuniyyətdə olduğu üçün, dosent Vüsalə Ağabəyli komissiyanın Əsasnaməsi və fəaliyyət planı haqqında məlumat verib.

Dosent Nigar Zeynalova komissiyanın qarşısında duran vəzifələrlə bağlı təkliflərini, HİK sədri Misgər Məmmədov isə komissiyanın fəaliyyət planı ilə bağlı təkliflərini irəli sürüb. Bütün üzvlərin razılığı əsasında növbəti tədris ili üçün komissiyanın iş bölgüsü müzakirə olunub və təsdiq üçün təqdimata hazırlanıb.

Xatırladaq ki, 2023/2024cü tədris ilində Daxili Keyfiyyət Təminatı Komissiya akkreditasiyaya hazırlıq məqsədilə ADU-nun bütün strukturlarında müvafiq meyarlar əsasında monitorinq həyata keçirəcək.