XƏBƏRLƏR

ADU-nun TGT sədri Nicat Əliyev diplomatik xidmət orqanlarının rəhbərliyinin müşavirəsində

17 iyul, 2023

9-13 iyul tarixlərində Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərliyinin müşavirəsi çərçivəsində Xarici İşlər Nazirliyinin rəhbər heyətinin və xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəliklərimizin bir sıra silsilə tədbirləri baş tutub, həmçinin Ağdam şəhərinə səfəri təşkil olunub. 
 
Səfər zamanı ADU TGT sədri Nicat Əliyev Xarici İşlər naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi Hikmət Hacıyev, birinci vitse-prezidentin köməkçisi Emin Hüseynovla xatirə şəkli çəkdirib. Xarici İşlər Nazirliyinin rəhbər heyəti, xaricdəki diplomatik missiyalarımızın rəhbərləri (səfirlər) Ağdam Şəhidlər Xiyabanını ziyarət edib, Vətən uğrunda canından keçmiş şəhidlərin məzarlarının üzərinə gül dəstələri qoyulub.