XƏBƏRLƏR

ABŞ-ın müvəqqəti işlər vəkili Kamal Abdullaya təşəkkür məktubu ünvanlayıb

11 iyul, 2023

ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qavera ADU-nun rektoru, akademik Kamal Abdullaya təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir:

 

“Hörmətli cənab Abdullayev,

Birləşmiş Ştatların müstəqilliyinin 247-ci ildönümü münasibətilə göndərdiyiniz təbrik məktubuna görə Sizə təşəkkür edirəm. Müstəqillik günümüzdə iştirak etdiyiniz üçün Sizə səmimi minnətdarlığımı bildirmək istəyirəm.

ABŞ səfirliyinin bütün əməkdaşları və mən Birləşmiş Ştatlarla Azərbaycan arasında əlaqələri dərinləşdirməyə və genişləndirməyə sadiq qalırıq”.