XƏBƏRLƏR

ADU-nun Tələbə Gənclər Təşkilatının sədri beynəlxalq tədbirdə

10 iyul, 2023

3-6 iyul tarixlərində Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclası keçirilib. Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının(TGT) sədri Nicat Əliyev tədbirin təşkilində yaxından iştirak edib.

Nazirlər iclasında Qoşulmama Hərəkatının üzv dövlətləri, Hərəkat yanında müşahidəçi statusu almış dövlətlər və beynəlxalq təşkilatlar, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri daxil olmaqla ümumilikdə 93 ölkə, 11 beynəlxalq təşkilat təmsil olunub. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi və çıxışı ilə başlayan nazirlər iclası zamanı hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması, habelə Cənubi Sudanın Hərəkata yeni üzv qəbul edilməsi kimi Azərbaycanın 2019-2023-cü illəri əhatə edən sədrliyinin uğurları xüsusi olaraq vurğulanıb.