XƏBƏRLƏR

“Müasir Azərbaycan mediası – peşəkarlıq standartları və yeni trendlər” mövzusunda Respublika elmi-konfransı keçirilib

06 iyul, 2023

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin təşkilatçılığı Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan mediası – peşəkarlıq standartları və yeni trendlər” mövzusunda Respublika elmi-konfransı keçirilib.

          Öncə Dövlət himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılış mərasimində BDU-nun rektoru Elçin Babayev çıxış edib. Plenar çıxışda ADU-nun Beynəlxalq Jurnalistika şöbəsinin müdiri, baş müəllim Nərgiz Çərkəzqızı “Heydər Əliyev və mətbuatda tənqid məsələsi” adlı mövzusu ilə çıxış edib. Heydər Əliyevin ana dilinin tətbiqi sahəsində gördüyü dövlət səviyyəli mühüm işlər sovet dövründə belə Azərbaycan jurnalistikasının inkişafına öz təsirini göstərməsi, medianın inkişafına siyasi-hüququ baza yaradaraq söz və fikir azadlığına geniş meydan açması qeyd olunub. Ulu Öndərin mətbuatda tənqid məsələsinə də xüsusi diqqət yetirməsi vurğulanıb.

  Tədbirdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, BDU-nun Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasıının müdiri Qulu Məhərrəmli, Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə, “ARB 24” telekanalının icraçı direktoru Radik İsmayılov, BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli  çıxış ediblər.

          Sonda konfrans iştirakçıları sertifkatlarla təltif olunublar.