XƏBƏRLƏR

ADU-nun professorunun “Roman dilçiliyinə giriş” adlı dərs vəsaiti nəşr olunub

25 iyun, 2023

Azərbaycan Dillər Universitetinin Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri,  f.f.d., prof. Ülfət  İbrahimin “Roman dilçiliyinə giriş” adlı dərs vəsaiti çapdan çıxıb.

Dərs vəsaiti Azərbaycan Dillər Universitetinin bakalavriat “Fransız filologiyası” və magistratura pilləsində “Dilşünaslıq” (fransız dili) ixtisası üzrə təhsil alan tələbələr, eləcə də “Roman dilləri” ixtisası üzrə doktorantura imtahanına hazırlaşan namizədlər üçün nəzərdə tutulub.

Dərs vəsaitinin xüsusiyyəti roman dilçiliyinə aid mövzuların ətraflı şəkildə digər akademik fənlər çərçivəsində (dilçiliyə giriş, latın dili, fransız dilinin tarixi, roman dilçiliyi, fransız filologiyası) öyrənilməsi ilə izah olunur.

Vəsaitin əsas istiqaməti tələbələrə Roman dilçiliyi haqqında ümumi baza bilikləri və bəzi xüsusi məlumatlar verməkdən ibarətdir.

Dərs vəsaitinin məqsədi roman dillərinin dünyada yayılma arealı, onların funksionallığı, romandilli ölkələrdə dil vəziyyəti, struktur, tipoloji və genealoji xüsusiyyətləri, eləcə də müasir roman dillərinin inkişafının əsas mərhələlərini öyrənmək, roman dilçiliyinin tarixi barədə geniş fikir formalaşdırmaqdır.

Dərs vəsaitinin redaktoru ADU-nun Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müəllimi İmran Quliyevdir.