XƏBƏRLƏR

ADU-da magistr dissertasiyaları üçün müdafiələr təşkil olunur

24 iyun, 2023

Azərbaycan Dillər Universitetində iyunun 16-dan etibarən magistrlik dissertasiyalarının müdafiəsi üçün 11 ixtisaslaşmış Elmi şura üzrə müdafiələr təşkil olunur.

Şuralarda universitetin rektoru akad. Kamal Abdullayev iştirak edib, magistrantların çıxışlarını dinləyib və hər bir magistrantın dissertasiya mövzusuna uyğun suallar ünvanlayıb.

 Sonda universitetin rektoru akad. Kamal Abdullayev şura üzvlərinə və tələbələrə müvəffəqiyyətlər arzulayıb və müdafiələr haqqında müsbət fikirlərini bildirib və tələbələrə təhsil həyatında uğurlar arzulayıb.