ADU-nun tələbəsi qalib olub
“Rabitəbank” ın təşəbbüskarlığı ilə həyata keçirilən “Xilaskar” adlı esse müsabiqəsinin qalibləri məlum olub.
Peşəkar gənc kadrların yetişdirilməsinə töhfə verən “Rabitəbank” ASC və Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin birgə təşəbbüsü ilə reallaşan ”Xilaskar” adlı esse müsabiqəsi uğurla başa çatıb. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Rabitəbank-ın 30 illiyi çərçivəsində təşkil edilən, jurnalistika ixtisası üzrə təhsil alan tələbələr arasında keçirilən müsabiqənin qalibləri məlum olub.
Azərbaycan Dillər Universitetinin Jurnalistika şöbəsində təhsil alan tələbələr arasında keçirilmiş bu yarışmanın nəticələri Milli Qurtuluş Günü ərəfəsində “Rabitəbank” ASC-nin binasında baş tutan tədbirdə açıqlanıb. Qalib olan tələbələrdən 2-ci yerə – Azərbaycan Dillər Universitetinin Beynəlxalq Jurnalistika şöbəsinin l kurs tələbəsi Abdinova Rəfiqə layiq görülüb. Qaliblərə pul mükafatı, xüsusi diplom və Ulu Öndər haqqında yazılmış kitablar hədiyyə olunub.
Qeyd edək ki, “Rabitəbank” öz sosial korparativ proqram çərçivəsində davamlı olaraq tələbələrə dəstək olur, yetişən gənc jurnalistlər üçün gələcək karyelaralarnda mühüm rol oynayacaq təcrübə qazanmaq imkanı yaradır. Bu əlamətdar tarix də Azərbaycan xalqı üçün əzizdir.