XƏBƏRLƏR

ADU-nun Konfutsi İnstitutunda Çin Əjdaha qayıq bayramı qeyd edilib

22 iyun, 2023

“Çin mədəniyyəti” adlı onlayn yay lektoriyası çərçivəsində Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Ənənəvi Çin bayramı Duan-u” mövzusunda mühazirə oxuyub. Qeyd edilib ki, bu bayramın yaranması Çin tarixinin ilk məşhur lirik şairi, Çin müəllif poeziyasının banisi və Çin mədəniyyətində vətənpərvərlik rəmzi olan – Tsui Yuanın xatirəsi ilə bağlıdır.

R.Abbasov bayramın tarixindən, maraqlı adət-ənənələrindən, həmçinin iştirakçıların əjdaha təsvirli qayıqlarda avarçəkmə üzrə festivalda yarışdığı bu gün barədə geniş məlumat verib. Konfutsi İnstitutunun direktoru Çində “Duan-u” bayramının “Şair Günü” kimi qəbul edildiyini xatırladıb, yüksək insani hiss-həyəcanlar, dərin düşüncələr, fəlsəfi ümumiləşdirmələr, ulduzların, fəsillərin, suyun, çiçəklərin bədii rəmzləri ilə dolu Çin poeziyasından danışıb.