XƏBƏRLƏR

ADU-nun müəllimləri beynəlxalq konfransda iştirak ediblər

19 iyun, 2023

Azərbaycan Dillər Universitetinin İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının müəllimləri Azadə Mikayılova, Nərgiz Səlimova və Leyla Məmmədova "İngilis dilinin tədrisində strategiyalar və innovasiya" mövzusunda peşəkar inkişaf təlimlərini özündə birləşdirən beynəlxalq konfransda iştirak ediblər.

Sözügedən konfrans 16-17 iyun tarixlərində ABŞ səfirliyi, ADA universiteti və Şimali Karolina Universitetinin təşkilatçılığı ilə baş tutub.

Konfrans zamanı ingilis dili müəllimləri öz təcrübələrini də paylaşıblar.

Konfransın sonunda müəllimlərə sertifikatlar təqdim olunub.