XƏBƏRLƏR

ADU-da Pedaqogika kafedrasının nəzdində Çeçenistan Dövlət Pedaqoji Universitetinin Açıq Təhsil Mərkəzinin açılışı olub

19 iyun, 2023

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində Çeçenistan Dövlət Pedaqoji Universitetinin “Açıq Təhsil Mərkəzi”nin açılışı olmuşdur. Mərkəzin açılışı ADU-nun rektoru akademik Kamal Abdullayev və ÇDPUJ-nun rektoru İsmayıl Bayxanov arasında imzalanmış memoranduma əsasən həyata keçirilmişdir. Dinayev Alixan, dos.Buralova Raisa, Xusaynova Larisa ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Novruz Məmmədov, ADU-nun rektor məsləhətçisi Anar Osmanlı, Təhsil 1 fakültəsinin dekanı prof.Fikrət Cahangirov, Pedaqogika kafedrasının müdiri dos. Nigar Zeynalova tədbirdə iştirak etmişdir.
 

Azərbaycan Dillər Universitetinin rektoru akad.Kamal Abdullayev açılış mərasimində dəyərli qonaqları qarşılaşmaqdan məmnunluq duyduğunu bildirmiş, qeyd etmişdir ki, ali təhsil müəssisəsində "Açıq Təhsil Mərkəzi"nin yaradılması ölkələrimiz arasındakı əlaqələrin möhkəmlənməsində, əməkdaşlığın dərinləşdirilməsində əvəzsiz rola malikdir. Mərkəzin  tələbələrin inkişafında yeni imkanlar yaradacağına əminliyini vurğulamışdır.
 

ÇDPU-nun rektoru İsmayıl Bayxanov çıxışında Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullayevə qonaqpərvərliyi, səmimi münasibəti üçün dərin minnətdarlığını bildirmiş, təşəkkür etmişdir.
 

Pedaqogika kafedrasının müdiri dos.Nigar Zeynalova  Mərkəzin açılışında hər iki universitet arasındakı əməkdaşlığın əhəmiyyətindən bəhs etmiş, perspektivlər barədə məlumat vermişdir.
 

Rəsmi açılış mərasimindən sonra Təhsil 1 fakültəsinin tələbələri üçün təlim keçirilmişdir.
 

Qeyd etmək lazımdır ki, layihə çərçivəsində ADU-nun professor-müəllim heyəti və tələbələri üçün silsilə təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.