XƏBƏRLƏR

ADU-nun baş müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilib

19 iyun, 2023

Azərbaycan Respublikası Prezienti yanında Ali Attestasiya Komissiyasının 07.06.2023- cü il qərarı ilə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedasının baş müəllimi İzaura Şirinovaya 5708.01- German dilləri ixtisasında Filologiya elm sahəsi üzrə Fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

İzaura xanımı ürəkdən təbrik edirik.