XƏBƏRLƏR

Minsk Dövlət Linqvistik Universitetinin nümayəndə heyəti ADU-da tələbələrlə görüş keçirib

16 iyun, 2023

Azərbaycan Dillər Universitetində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş  “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VI  Beynəlxalq elmi konfransında iştirak edən qonaqlar, həmçinin universitetin tələbə və müəllim heyəti ilə görüşlər də keçirib.

İyun 13-də Filologiya fakültəsinin dekanı, professor Şahin Xəlilli, tyutorları və tələbələri Minsk Dövlət Linqvistik Universitetinin (MDLU) rektoru Natalya Yevqenyevna Laptyeva və onun köməkçisi Rimma Fyodorovna Saxarova ilə görüş keçirilib.  

MDLU-nun rektoru rəhbərlik etdiyi universitetin müəllim və tələbə kollektivi adından tələbləri salamlayıb, müasir dövrdə təhsilin üstünlükləri, tələbə əməkdaşlığının üstünlükləri haqqında yeni fikirlər söyləyib və iki universitetin tələbələrini əməkdaşlığa dəvət edib. Rektorun köməkçisi  Rimma Saxarova isə MDLU-də magistratura pilləsində təhsilin məzmunu, tədris olunan fənlər, təcrübə imkanları və qəbul qaydaları haqqınd şəkillər və məlumatlardan ibarət təqdimat keçirib.

Rimma Saxarova tələblərin suallarına cavab verib, onlara MDLU-nun dostları üçün nəzərdə tutulan “xoşbəxtlik” döş nişanları və hər birinin üzərində  xoş arzu və istəklərlə yanaşı universitetin kuar kodu olan şokoladlar hədiyyə edib.