XƏBƏRLƏR

ADU-nun müəllimləri ixtisasartırma kursunu keçiblər.

13 iyun, 2023

13 yanvar - 21 aprel 2023-cü il tarixlərində Azərbaycan Dillər Universitetində ilk dəfə olaraq, ADU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin 40 nəfər müəllimi “Россия в условиях трансформации современного мира"-adlı proqram üzrə 40 saatlıq ixtisasartırma kursları keçiblər. Adıçəkilən kurs Moskva Dövlət Linqvistika Universitetinin Xarici regionşünaslıq kafedrasının professor-müəllim heyətinin nümayəndələri tərəfindən aparılıb.

Layihə “Russkiy mir” Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib. 

Proqramı Moskva Dövlət Linqvistik Universitetinin Xarici regionşünaslıq kafedrasının professor-müəllim heyəti həyata keçirib.

Mühazirələrdə “Rusiya xaricdə: tarix və müasirlik”, “Rusiyanın tarixi-mədəni potensialı”, “Rusiya əhalisinin etnoqrafik xüsusiyyətləri”, “Rusiya Federasiyasının subyektlərinin beynəlxalq və regional əlaqələri” və bir sıra başqa mövzulara toxunulub.

Kurs müddətində Azərbaycan Dillər Universitetinin müəllimləri peşəkar ixtisaslarını artırmaqla yanaşı, həmçinin rusiyalı həmkarları ilə daha yaxından tanış olub, maraqlı, aktual məsələlər ətrafında fikir mübadiləsi aparıb və regionşünaslıq fənlərinin tədrisi sahəsində ümumi planları müəyyən etmək imkanı əldə ediblər.