Rusiyaşünaslıq mərkəzinin əməkdaşı üçüncü Kostomar Forumunda iştirak edib

24-25 may 2023-cü il tarixlərində Moskvada, A.S. Puşkin adına Dövlət Rus Dili İnstitutunda Azərbaycan Dillər Universitetinin Rusiyaşünaslıq mərkəzinin elmi işçisi Klimov Sergeyin iştirak etdiyi Üçüncü Kostomar Forumu keçirilib.
Forum çərçivəsində A.S. Puşkin adına Dövlət Rus Dili İnstitutunun rektoru Truxanovskaya Nataliya Sergeyevna, beynəlxalq əlaqələr üzrə prorektor Qrendo Nataliya Gennadiyevna və beynəlxalq əməkdaşlıq departamentinin direktoru Yuriy Viktoroviç Kopılov ilə məhsuldar görüşlər keçirilib.
Daha sonra Klimov Sergey "Rus dilindən imtahanların təşkili və keçirilməsi təcrübəsi, Rusiya tarixi və Rusiya Federasiyasının qanunvericiliyinin əsasları: mövcud problemlər və onların həlli yolları", həmçinin “Rus dilində dövlət testləşmə sistemi xarici dil kimi: müasir vəziyyət, problemlər, inkişaf perspektivləri mövzusunda dəyirmi masada iştirak edib.
Kostomarovski Forumu rus dili üzrə ən böyük beynəlxalq ekspert platformasıdır. Forum A.S.Puşkin adına Dövlət İnstitutunun təsisçisi, ilk rektoru və prezidenti Vitali Qriqoryeviç Kostomarovun elmi-pedaqoji irsinə həsr olunub. Forumun əsas mövzusu MDB-də Rus dili ili olub.