Elmi işini uğurla müdafiə etmiş dissertantları təbrik edirik

31.05.2023-cü il tarixində ADU nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya şurasında Leyla Eldar qızı Seyidzadə 5708.01 - German dilləri ixtisası üzrə “Slenqin koqnitiv aspektləri” mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiya işini uğurla müdafiə etmişdir. Onu ürəkdən təbrik edir və uğurlar diləyirik.
31.05.2023-cü il tarixində ADU nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya şurasında Sevil Mədət qızı Rəcəbova 5708.01 – German dilləri ixtisası üzrə “İngilis dilində postnominal sifətlərin semantik-koqnitiv xüsusiyyətləri” mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiya işini uğurla müdafiə etmişdir. Onu ürəkdən təbrik edir və uğurlar diləyirik.
07.06.2023-cü il tarixində ADU nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya şurasında Yeganə Atamoğlan qızı Abdullayeva 5718.01 – Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı) ixtisası üzrə “Böyük Britaniya postmodernist romanının tipologiyası və poetikası” mövzusunda filologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işini uğurla müdafiə etmişdir. Yeganə xanımı ürəkdən təbrik edir və uğurlar diləyirik.
08.06.2023-cü il tarixində ADU nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya şurasında İlahə Qədir qızı Tağızadə 5718.01 – Dünya ədəbiyyatı (Kanada ədəbiyyatı) ixtisası üzrə “Elis Manro nəsrində psixologizm” mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiya işini uğurla müdafiə etmişdir. Onu ürəkdən təbrik edir və uğurlar diləyirik.
08.06.2023-cü il tarixində ADU nəzdində fəaliyyət göstərən ED 2.12 Dissertasiya şurasında Əsmər Cəlal qızı Əkpərova 5718.01 – Dünya ədəbiyyatı (Kanada ədəbiyyatı) ixtisası üzrə “Marqaret Etvud yaradıcılığında feminist ideyalar və antiutopiya” mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiya işini uğurla müdafiə etmişdir. Onu ürəkdən təbrik edir və uğurlar diləyirik.