XƏBƏRLƏR

Jurnalistika ixtisasında təhsil alan tələbələrlə görüş keçirilib

07 iyun, 2023

01.05.2023-cü il tarixində “Rabitəbank” ASC və “ Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB (AJN)-nin təmsilçiləri “Xilaskar”adlı esse müsabiqəsi ilə bağlı Azərbaycan Dillər Universitetində jurnalistika ixtisasında təhsil alan tələbələrlə görüş keçirilib.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Rabitəbank-ın 30 illiyi çərçivəsində ADU-da jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün elan olunan bu müsabiqə Milli Qurtuluş Gününə və onun nəticələrinə həsr olunub.
Tələbələrə müsabiqə haqqında məlumat verən Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Müstəqil dövlətçiliyimizin yox olmaq təhlükəsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə aradan qalxıb. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. 15 iyun - Milli Qurtuluş Gününün təntənəsi bu gün də özünü büruzə verir, müstəqil respublikamızın davamlı inkişafını təmin edir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
”Xilaskar” adlı esse müsabiqəsinin əsas mövzusu da məhz bu əlamətdar tarixdir.

Qeyd edək ki, Rabitəbank öz sosial korporativ proqramı çərçivəsində davamlı olaraq tələbələrə dəstək olur, yetişən gənc jurnalistlər üçün gələcək karyeralarında mühüm rol oynayacaq təcrübə qazanmaq imkanını yaradır. Bu əlamətdar tarix də bütün Azərbaycan xalqı üçün əzizdir.

Jurnalistika ixtisasında təhsil alan tələbələr hazırladıqları məqalələrini iyun ayının 10-dək müsabiqəyə təqdim edə bilərlər. Nəticələr 15 iyun – Milli Qurtuluş Günü ərəfəsində açıqlanacaq.