XƏBƏRLƏR

ADU-nun dosenti Erasmus+ proqramı çərçivəsində İspaniyada səfərdə olub

05 iyun, 2023

Azərbaycan Dillər Universitetinin (ADU)  Regionşünaslıq kafedrasının dosenti Nigar Əsgərova 22-26 may tarixlərində Erasmus+ proqramı çərçivəsində İspaniyanın Leon Universitetində işgüzar səfərdə olub.

Səfər müddətində dos. Nigar Əsgərova Leon Universitenin “Müasir tarix” fakültəsinin II kurs tələbələri üçün “Azərbaycan tarixi 1920-2023-cü illər” mövzusunda mühazirə deyib. Mühazirədə Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycan SSR iqtisadi və mədəni tənəzzül dövrünü yaşadığı dövrdə Ali Sovetin rəhbəri vəzifəsinə gəlməsi, bu dövr vətənimizin tarixində Azərbaycan SSR-nin qızıl dövrü adlanması, Ulu öndərin  Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirməsi ilə bağlı danışıb.

Həmçinin 1993-cü il Ulu öndərin yenidən hakimiyyətə gəlməsi, müasir Azərbaycanın qurucusu olması, 1994-cü il “Əsrin müqaviləsi” və bu müvaqilənin Qərbin enerji təhlükəsizliyinin təmini məsələsi haqqında tələbələrə ətraflı məlumat verilib.