XƏBƏRLƏR

ADU-da keçirilən “Esse müsabiqəsi”nin qalibləri mükafatlandırılıb

05 iyun, 2023

Azərbaycan Dillər Universitetində (ADU) Xarici ölkələr ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Esse müsabiqəsi”nin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 Tədbiri açıq elan edən kafedra müdiri, f.e.d., prof. Aynur Sabitova Ulu öndərin incəsənətin bütün sahələri, xüsusən də ədəbiyyat üzrə ölkəmizin dünya arenasında tanınması yolundakı müstəsna rolu barədə məlumat verb.

Qeyd edək ki,  “Heydər Əliyev və ədəbiyyat” və “Heydər Əliyev ədəbi xatirələrdə” mövzuları üzrə istiqamətlənmiş müsabiqə Azərbaycan Dillər Universiteti ilə yanaşı, digər universitetlərin tələbələri tərəfindən də maraqla qarşılanıb.

 Müsabiqədə Azərbaycan, rus, ingilis və alman dilləri üzrə qəbul olunmuş esselər arasında 4 iş xüsusi seçilib və qaliblər siyahısına daxil edilib.  I yerə Filologiya fakültəsi üzrə 241b qrup tələbəsi Səidə Allahyarova və Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin 371r qrup tələbəsi Heydər Səfərov, II yerə Magistratura şöbəsinin 118-ci qrup tələbəsi Həmidə Əliyeva və III yerə Filologiya fakültəsi üzrə 314-cü qrup tələbəsi Aysel Əzizova layiq görülüb.

 Qalib tələbələr kafedra müdiri və münsiflər heyəti tərəfindən sertifikatla və xüsusi hədiyyələrlə mükafatlandırılıblar. Eləcə də, esse müsabiqəsində iştiraketmiş bütün tələbələr xüsusi sertifikatlarla təltif edilib.

Sonda prof. A.Z.Sabitova Ulu öndərin əziz xatirəsinə həsr olunmuş tədbirlər sırasında esse müsabiqəsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib və təqdim edilmiş esselərin gələcəkdə konfrans materialı kimi yığılmasını tövsiyyə edib.