XƏBƏRLƏR

ADU-da yaz semestrinin yay imtahan sessiyası başlayıb

05 iyun, 2023

Azərbaycan Dillər Universitetində 2022-2023-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb. Ali təhsil ocağının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bununla bağlı ADU-nun rektoru, akademik Kamal Abdulla əmr imzalayıb.

İmtahan 1 iyun 2023-cü il tarixindən 5 həftə müddətinə əyani formada başlayıb.

İmtahanlar 3 növbədə -  I növbə səhər saat 10:00-dan başlayaraq III növbə saat 18:00-ə qədər davam edir. Gün ərzində təxminən 1000 tələbə imtahan verir. 

Həmçinin cari buraxlış ili (IV kurs) tələbələrinin YBDA imtahanları 01 iyun 2023-cü il tarixindən başlayaraq davam etməkdədir. 

İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı və Qaynar xətt yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası yaradılıb.