XƏBƏRLƏR

Lyudmila Bejenarunun təbrik məktubu

01 iyun, 2023

Yas Universitetinin Azərbaycan Multikulturalizmi mərkəzinin direktoru Lyudmila Bejenarunun təbrik məktubu

 

Hörmətli, Kamal müəllim!

Azərbaycan Dillər Universitetinin dünya universitetləri arasından QS 2023 reytinq cədvəlində dillər üzrə tutduğu yer münasibətilə Sizi və kollektivinizi səmimi qəlbdən təbrik edirəm. Bu layiqli göstəricidir və Azərbaycanın mədəni dünyagörüşü baxımından yüksək səviyyəsindən xəbər verir.

1954 tanınmış universitetlər arasından 304-cü yeri tutmaq təkcə uzun müddətin səmərəli fəaliyyəti deyi, həmçinin hər bir ADU əməkdaşının böyük zəhmətinin və əməyinin nəticəsidir. Bu həm də universitetin akademik heyətinin böyük məsuliyyətidir ki, belə bir nəticənin əldə olunması üçün əlverişli imkanları olan universitet mühiti formalaşdıra bilib.

Çox hörmətli Kamal müəllim, bu həm də sizin qiymətsiz xidmətinizdir, universitet rektoru kimi, akademik kimi, Xalq yazıçısı kimi, dünya şöhrətli alim kimi öz yaradıcılığınızla standart düşüncədən kənar, nəsillərin bir-birini anlaması və başqa xalqların mədəniyyətlərinin öyrənilməsi və başqalarına münasibətdə tolerant olmağı təbliğ etmiş olur.

Azərbaycan Dillər Universitetinin kollektivinə rifah və bundan sonra da uğurlar qazanmağı arzu edirəm!

Ən xoş arzularla Yas Universitetinin Azərbaycan Multikulturalizmi mərkəzinin direktoru filologiya elmləri doktoru Lyudmila Bejenaru