XƏBƏRLƏR

ADU-da “Ən yaxşı tələffüz uğrunda” müsabiqə keçirilib

31 may, 2023

Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində ingilis dilinin fonetikasi kafedrasının təşkilatçılığı ilə  “Ən yaxşı tələffüz uğrunda”  müsabiqə keçirilib.

Müsabiqə Respublikamızda 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar keçirilən tədbirlər planına əsasən 1-ci və 2-ci kurs tələbələri arasında baş tutub.

Müsabiqənin öncəki  2 seçim mərhələsində  finala vəsiqə qazanmış tələbələr münsiflər- Təhsil 1 fakültəsinin dekanı professor Fikrət Cahangirov, Təhsil 2 fakültəsinin dekanı dosent Salman Nuriyev, Təhsil 1 fakültəsi nəzdinda ingilis dilinin fonetikası kafedrasının müdiri  professor Fərman Zeynalov, Təhsil 1 fakültəsi nəzdində  ingilis dilinin leksikologiyası və üslubiyyatı 1 kafedrasının müdiri dosent Kifayət Hacıyeva, Təhsil 1 fakültəsi nəzdində ingilis dilinin qrammatikası kafedrasının müdiri professor Arif Hüseynov tərəfindən dinlənildikdən sonra qaliblər müəyyən edilib.

Müsabiqənin yekununda I, II və III yerlər üzrə seçilən qaliblər:

I YER -203B    Hacıyeva Aysu-47

II YER-206B   Afərim Qoca-46

III YER- 201A. Şahbazova Günay-45

III YER-210A   Hüseynov İnsaf-45

III YER-111B    Fərəcova Ləman-45

III YER-104A    Oruczadə Xədicə-45

III YER-106A    Quliyeva Zenfira-45