ADU əməkdaşları TKTA ekspertləri sırasında
Azərbaycan Respublikası Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin təşkil etdiyi yeni akkreditasiya meyarlarına əsasən keçirilən 3 təlimdə müvəffəqiyyətlə iştirak etmiş və mərhələləri keçmiş ADU əməkdaşlarına üç il müddətində qüvvədə olacaq ekspert sertifikatları təqdim edilib.
Azərbaycan ali məktəbləri içərisində ekspert bankına daha çox sayla daxil edilən ADU-dan seçilmiş nümayəndələri:
- ADU-nun tədris hissəsinin müdiri, PhD, b/m Şəfəq Şahməmmədova,
- Magistratura şöbəsinin müdiri, dos. Firuzə Rzayeva,
- Tələbə biliyin qiymətləndirilməsi və monitorinqi şöbəsinin müdiri, PhD Fatma Qurbanzadə,
- Keyfiyyətin Təminatı Şöbəsindən Aytac Əsgərova,
- Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva,
- Regionşünaslıq kafedrasının dosenti Nigar Əsgərova
- İnformasiya Texnologiyaları kafedrasının dosenti Aytəkin İsmayılova,
- Xarici dillərin tədrisi Metodikası kafedrasının dosenti Gönül Hacıyeva,
- Regionşünaslıq kafedrasının müəllimi, PhD Günay Məmmədova
- Azərbaycan Ədəbiyyatı kafedrasının müəllimi, PhD Aynurə Hüseynova
- Regionşünaslıq kafedrasının b/m Bəyim Abdullanı təbrik edirik!