XƏBƏRLƏR

ADU-da Ümummilli liderə və akademik Zərifə Əliyevaya həsr olunmuş dəyirimi masa keçirilib

18 may, 2023

Azərbaycan Dillər Universiteti (ADU) İngilis dilinin qrammatikası kafedrasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və akademik Zərifə Əliyevanın doğum gününə həsr olunmuş dəyirimi masa keçirilib.

Dəyirimi masanı giriş sözü ilə həmin kafedranın müdiri professor A. Hüseynov açıb.

Sonra kafedranın müəllimi L. Süleymanova Ümummili liderin təhsil siyasəti haqqında məruzə ilə çıxış edib.

Kafedranın baş müəllimi R. Əliyeva isə oftolmoloq  Z. Əliyevanın şərəfli ömür yolu barəsində ətraflı məlumat verib.