XƏBƏRLƏR

ADU-nun tələbələri tərəfindən Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

18 may, 2023

Azərbaycan Dillər Universitetinin Səbail rayonu 160 nömrəli Klassik Gimnaziyada təcrübədə olan Təhsil 1 fakültəsinin 407 B və 409 B tələbələri Elvira Quliyeva, Fatimə Süleymanlı, Maya Ağamalıyeva, Şahnaz Əhmədova, Nərmin Maqsudova, Rasimə Cəfərova və məktəbin 3a , 7a və 8a sinif şagirdlərinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra isə Ulu öndər haqqında hazırlanan videoçarx nümayiş olunub.

8a sinif şagirdləri Azərbaycan və ingilis dillərində Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolundan, təhsilə göstərdiyi qayğıdan bəhs edən mətnlər səsləndiriblər.

Bədii hissədə 7a sinif  şagirdləri Azərbaycan və ingilis dillərində şeirlər söyləyib, 3a sinif şagirdləri isə milli rəqslər nümayiş  etdiriblər.

 Tədbir 8a sinifşagirdi Bahar Musayevanın ifasında "Azərbaycan" mahnısı ilə yekunlaşıb.