XƏBƏRLƏR

ADU-nun təcrübəçi tələbələri tərəfindən tədbir keçirilib

18 may, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) Nəsimi rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə pedaqoji təcrübədən olan 411A qrup tələbələri tərəfindən “Dostluğun həyatımızda olan rolu” mövzusunda tədbir keçirilib.

 Tədbir 411A qrup tələbələri Arzu Orucova, Humay Aydınova və məktəbin 7C sinif şagirdlərinin iştirakı ilə həyata keçirilib.

Onlar dostluğa aid şeirləri və mahnıları ingilis dilində səsləndirib, mövzu ilə bağlı tanınmış şəxslərin kəlamlarını nəzərə çatdırıb, atalar sözləri söyləyiblər. Eyni zamanda mövzu haqqında təqdimat nümayiş olunub.

 İngilis dilində təşkil olunan tədbirdə metodist Afət Namətova, müəllim Mehparə Əliyeva, psixoloq Tahirə İbrahimova, məktəb rəhbərliyi - direktor Aytən Baxşiyeva, direktor müavini Sevinc Əliyeva, tərbiyə işləri üzrə baş müəllim Safura İbrahimli, 7C sinif rəhbəri Sevinc Babayeva, fənn müəllimləri, şagirdlərin valideynləri və digər üç sinif (7"B", 8"C" və 5"C") iştirak ediblər.

 Tədbirin sonunda tələbələr pedaqoji təcrübə keçmək imkanına görə ADU-nun rektoru akademik Kamal Abdullaya, pedaqoji təcrübənin dekanı Məmməd İsmayılova, pedaqoji təcrübə zamanı yaradılan şəraitə görə isə məktəbin direktoru Aytən Baxşiyevaya minnətdarlığını bildiriblər.