XƏBƏRLƏR

ADU-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

16 may, 2023

Azərbaycan Dillər Universitetində (ADU) Təhsil-2 fakültəsi, İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının baş müəllimi Səbinə Məmmədovanın təşkilatçılığı ilə “Qoy uca Tanrı hər bir Azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin“ mövzusunda tədbir keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Təhsil-2 fakültəsinin dekanı dos. Salman Nuriyev, İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının müdiri dos. Mehriban Hüseynova və və 223 A/B qrup tələbələri iştirak ediblər.

Tələbələr Ulu öndərə həsr olunmuş şeirlər söyləyib, onun müəllifi olduğu kəlamları səsləndiriblər.

Tədbir zamanı səhnəcik nümayiş olunub. Qarabağdan gətirilmiş müqəddəs torpaq və xarı bülbül də tələbələrin göstərdikləri səhnəcikdə təqdim olunub.

Tələbələrin şəhərdə xarici vətəndaşlarla Heydər Əliyevin həyat və fəaliyyətinə dair apardıqları müsahibələri əks etdirən videoçarx nümayiş olunub.