XƏBƏRLƏR

ADU-da “Peşəyönümü məsləhəti” istiqamətində konsultasiyalar aparılıb

16 may, 2023

Mayın 12-də Azərbaycan Dillər Universitetində (ADU) Əlavə təhsil, təcrübə və karyera şöbəsinin təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən tələbələr üçün  fərdi olaraq “Peşəyönümü məsləhəti” istiqamətində canlı konsultasiyalar aparılıb.

Konsultasiyaları Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının Karyera planlaması şöbəsinin böyük mütəxəssisi Mikayıl Tağıyev və baş mütəxəssisi Səma Abbaszadə tərəfindən keçirilib.

Konsultasiyalarda karyera planlaması, iş axtarışı, müsahibəyə hazırlıq, cv və istək məktubunun hazırlanması mövzularına toxunulub və tələbələrə bu istiqamətdə məsləhətlər verilib.

Yuxarı kurs tələbələrinin iştirakı ilə baş tutan konsultasiya onların marağına səbəb olub.

Sonda tələbələri maraqlandıran suallara da aydınlıq gətirilib.