XƏBƏRLƏR

ADU və Urgenç Dövlət Pedaqoji İnstitutu arasında memorandum imzalanıb

16 may, 2023

Özbəkistanın Urgenç Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin dekanı Zəfər Adilovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub. ADU-nun rektoru, akademik Kamal Abdulla ilə görüşən nümayəndə heyəti iki ölkə arasında olan təhsil və elm əlaqələrinə diqqət çəkib, müzakirələr aparıblar.

Qeyd olunub ki, Urgenç Dövlət Pedaqoji İnstitutu və Azərbaycan Dillər Universiteti arasında gələcək əməkdaşlıqla bağlı geniş perspektivlər mövcuddur. Bu əməkdaşlıq tələbə mübadiləsi, birgə konfranslar, seminarlar və s. şəklində həllini tapa bilər.

Sonra iki ali təhsil müəssisəsi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.