XƏBƏRLƏR

ADU-da İspan dilindən səviyyə imtahanı- DELE imtahanı keçirilib

15 may, 2023

Azərbaycan Dillər Universitetinin (ADU)  İspan dili Mərkəzində 10-13 may tarixlərində növbəti İspan dilindən səviyyə imtahanı- DELE imtahanı keçirilib.

İmtahanda ümumi 41 nəfər iştirak edib.

İmtahanın keçirilməsində ADU-nun ispan dili müəllimləri  Elvira İmanova, Rəna Əliyeva, Aytən Əliyeva, Səbinə Əliyeva ilə yanaşı, İspaniyadan olan müəllim xanım Mariya Qonzalez Qarsiya da iştirak edib.